Subaşiçin qolu Orduspora uğur qazandırmadı
20 aprel 2014 18:40
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası "Orduspor" səfərdə "Bucaspor"la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda məğlub olub. Meydana start heyətdə çıxan Subaşiç 14-cü dəqiqədə penaltidən vurulan qolla komandasını hesabda önə keçirib. Lakin əzmkarlıq nümayiş etdirən meydan sahibləri qələbə qazanıblar.
Hazırda "Orduspor" 65 xalla 4-cü yerdə qərarlaşıb.