"Avropa Liqasına vəsiqə qazanmağa şansımız var"
20 aprel 2014 20:16
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün qələbə bizə çox lazım idi. Çünki psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq. Qələbəyə görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən Avroliqaya vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.