Rəhim Həsənov: Etto məndən üzr istəməlidir
21 aprel 2014 14:44
TPL-in 31-ci turu çərçivəsində keçirilmiş “Bakı” - “İnter” oyununda (0:4) görüşün baş hakimi Rəhim Həsənov meydan sahiblərinin futbolçusu Ettonu meydandan qovuq və futbolçu bunun müqabilində hakimə kəllə atıb. Rəhim Həsənovun azerisport.az saytına açıqlamasında bu hadisəyə münasibətini bildirib:
“Düzü, futbolçudan belə hərəkət gözləmirdim. Karyeramda hələ belə bir şey olmayıb: hətta ən çılğın mübahisələrdən sonra futbolçu məqama diqqət edib üzr istəyib. Ettodan da bunu gözləyirəm. Futbolçuya, xüsusilə əcnəbiyə belə bir hərəkət yaraşmır”.