Güvənc Kurtar: Azərbaycan yığmasına türk mütəxəssisin rəhbərlik edəcəyi istisna deyil
22 aprel 2014 11:40
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar ölkə Kubokunun yarımfinalı çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyun (ilk oyun: 1:1) və ilk oyunda məğlubiyyət rəğmən, “Xəzər Lənkəran”ın finala çıxa biləcəyin haqda ehtimaldan danışıb. Azerisport.az Kurtarın fikirlərini diqqətinizə çatdırır:
“Ən güclü komandalardan biri olan “Bakı”nı məğlub edərək, yarımfinala çıxmağımıza şadam. Bu klubun prezidenti “Atletiko”nun sponsorudur və bu, artıq komandanın iddiasından xəbər verir. Məqsədimiz finala çıxmaq və Avropa Liqasında yerimizi təmin etməkdir. Digər tərəfdən, Premyer Liqada mövqeyimiz pisləşib. Ancaq bu, komandadaxili ab-havaya təsir etmir”, deyə Kurtar sözə başlayıb.
“İlk oyunda “Neftçi” ilə heç-heçə oynayaraq (1:1), finala çıxmaq şansını saxlamışıq”, deyə türk mütəxəssis vurğulayıb.
O, həmçinin, “Qəbələ” və “Xəzər Lənkəran” arasında keçirilmiş ilk oyuna (0:3) toxunub: “Düşünürəm ki, “Xəzər Lənkəran”ın şansları var. Ümid edirəm ki. Onlar finala çıxa biləcəklər. Dənizlinin “Qalatasaray”ı çalışdırarkən, Çempionlar Kubokunda İsveçrənin “Ksamaks” komandasını 0:3 məğlubiyyətdən sonra necə keçdiyini xatırlayıram”.
Kurtar türk mütəxəssis Samet Aybabanın Bakıya səfərindən də danışıb: “Samet bəy komandamızı dəstəkləmək üçün Bakıya gəlmişdi. İsmail Dilber də onunla idi. Onlar AFFA prezidenti Rövnəq Abdullayevlə tanış olublar və söhbət aparıblar”.
Kurtar bildirib ki, “Xəzər Lənkəran” Dənizliyə çox yaxşı əməkhaqqı verir və həmçinin, “Qəbələ” də yaxşı maliyyə imkanına malikdir. “Azərbaycan yığmasına türk mütəxəssisin rəhbərlik edəcəyi istisna deyil. Berti Foqtsla müqavilə başa çatdıqdan sonra, yerli federasiya rəhbərlərinin nəzərləri Türkiyəyə yönələcək”, deyə Kurtar fikirlərini tamamlayıb.
(Futbol Arena)