Qarabağ Neftçi ilə oyuna hazırlaşır
23 aprel 2014 18:55
“Qarabağ” derbinin hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 32-i turunda “Neftçi”ni qəbul edəcək komanda Azərbaycan derbisinə hazırlaşır.
Bazar günü “Simurq”la qarşılaşdıqdan sonra Bakıya dönmüş “Qarabağ” bazar ertəsini istirahətlə keçirmişdi. Çempionatın lideri olan komanda günün yeganə çalışmasını 17:30-da, Suraxanı qəsəbə stadionunda keçəcək. Heyətdə cəzalı futbolçu olmasa da, “Simurq”la oyunda zədələnərək, meydanı vaxtından əvvəl tərk edən Corc Leroyun ağrıları davam edir. Hollandiyalının Azərbaycan derbisinə qədər hazır olub-olmayacağı bəlli deyil.
Xatırladaq ki, “Qarabağ” - “Neftçi” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda bazar günü, aprelin 27-si 20:00-da keçiriləcək.