Real Bavariyanı məğlub yola saldı
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Azerisport.az xəbər verir ki, İspaniyada baş tutan oyunda turnirin iki əsas favoriti - "Real" və "Bavariya" üz-üzə gəlib.
“Erkən final” deyə xarakterizə olunan qarşılaşma Madridin "Santyaqo Bernabeu" arenasında oynanılıb. Matçı məşhur FİFA referisi Hovard Uebb idarə edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Yeganə qolun müəllifi Benzema "Real"a minimal hesablı qələbə qazandırıb.
Lakin madridlilərin bu qələbəsinə baxmayaraq, "Çelsi" - "Atletiko" cütündə olduğu kimi, bu klubların duelində də finala yüksələcək komandanın adına cavab oyununda aydınlıq gələcək.
Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
23 aprel
Real (İspaniya) - Bavariya (Almanya) - 1:0
Qol: Benzema, 19.