Matiya Şpiçiç: Türkiyə klubu tərəfindən özümə maraq haqda ilk dəfə eşidirəm
24 aprel 2014 00:33
“İnter”in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç azerisport.az saytına açıqlamasında Türkiyə klubu tərəfindən özünə olan maraq haqda məlumata şərh verib:
“Düzünü deyim, bu haqda ilk dəfədir ki, eşidirəm. Mənə heç nə deməyiblər. Əgər oyunum həqiqətən də Türkiyə klubu təmsilçilərinin xoşuna gəlibsə, bu, xoşdur. Belə bir güclü çempionatda oynamağın əleyhinə deyiləm. Ancaq “İnter”lə 2015-ci ilin yayına qədər müqaviləm var. Beləliklə, ciddi təklif olarsa, bu vəziyyətdə çox şey hazırkı klubumun rəhbərliyindən asılıdır”.