Qarabağın növbəti rəqibi Zalsburq olacaq!
Bu gün Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
Ağdam klubu püşkatma zamanı daha zəiflərin yer aldığı səpələnməmişlər səbətində yer almışdı və aşağıdakı komandalara rəqib ola bilərdi:
Zalsburq (Avstriya)
Reykyavik (İslandiya)/Seltik (Şotlandiya) (ilk oyunlarının nəticəsi - 0:1)
BATE (Belarus)/Skenderbeu (Albaniya) (0:0)
Dinamo (Xorvatiya)/Jalgiris (Litva) (2:0)
Şerif (Moldova)/Sutyeska (Monteneqro) (2:0)
Püşkatma nəticəsində Ağdam klubu bəlkə də mümkün rəqiblər arasındakı ən çətini - Avstriya "Zalsburq"u ilə düşüb.
Qeyd edək ki, "Qarabağ" ikinci təsnifat mərhələsi çərçivəsindəki ilk oyununda səfərdə Malta "Valletta"sına 1:0 hesabıyla qalib gəlib və üçüncü mərhələdə oynamaq şansı kifayət qədər yüksəkdi.