TRT Neftçinin büdcəsini açıqladı
20 iyul 2014 14:15
TRT Spor kanalı "Koper" - "Neftçi" oyunu ilə bağlı süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, süjetdə cütün şanslarının bərabər olduğu qeyd olunub.
Proqramın aparıcısı Sloveniya klubunun 3-cü mərhələyə adlayacağına inandığını deyib. Onun sözlərinə görə, Sloveniya təmsilçiləri evdə daha yaxşı mübarizə sərgiləyir. Veriliş zamanı Bakının "Neftçi" klubunun maliyyə imkanları barədə danışılıb. Deyilib ki, "ağ-qaralar"ın büdcəsi 8 milyon dollardı.