Admir Teli: Ümid edirəm ki, dolu tribunalar qarşısında oynayacağıq
21 iyul 2014 20:43
"Qarabağ"ın müdafiəçisi Admir Teli Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz yaxşı hazırlaşmışıq. Qarşıda bizi daha 90 dəqiqəlik çətin oyun gözləyir. Bu oyunu bütün Azərbaycan gözləyir. Ümid edirəm ki, dolu tribunalar qarşısında oynayacağıq. İlk oyuna gəlincə, biz həmin qələbəni unutmuşuq və tam olaraq cavab görüşünə köklənmişik".