Qarabağda Valletta ilə oyun öncəsi iki itki
21 iyul 2014 20:50
Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sı ilə cavab oyununa iki itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, müdafiəçilər - Rəşad Sadıqovla Maksim Medvedev cavab görüşündə də iştirak etməyəcək.
Bu barədə baş məşqçi Qurban Qurbanov məlumat verib: "Maksim oynamayacaq. O, gələn həftəyə hazır olmalıdı. Rəşada gəlincə, o, komanda ilə birgə hazırlaşır. Amma hərdən fərdi məşq edir. O da sabah oynaya bilməyəcək".