Bertuççi Koperlə oyunu buraxa bilər
22 iyul 2014 15:05
"Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirəcəyi cavab oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bakılılar sabah Sloveniyaya yollanacaqlar.
"Ağ-qaralar"ın müdafiəçisi Denis Silva ilk oyunda olduğu kimi, cavab görüşündə də komandasına kömək edə bilməyəcək. O, hazırda zədəsini sağaltmaqla məşğuldu.
Silvadan əlavə, "Neftçi"nin digər braziliyalı futbolçusu Bruno Bertuççi də sıradan çıxıb. Zədəli olan bu futbolçu hazırda fərdi məşqlər edir. O, komanda ilə birgə Sloveniyaya aparılacaq. Amma oyunda iştirak edib-etməyəcəyi sual altındadı.