AZAL-da yeni məşqçi
22 iyul 2014 17:01
AZAL-da yeni təyinat rəsmiləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan futbolu üçün heç də yad sima olmayan Andrey Kolesnikov AZAL-da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyətə başlayıb.
Buna qədər ölkəmizdə “İnter” (2006-2011) və “Kəpəz”də (2012/13) çalışmış Andrey Leonidoviç artıq işinin icrasına başlayıb.
Qeyd edək ki, ukraynalı mütəxəssis vətənində Donetsk “Metallurq”u (2001-2005), “Krivbass” (2005/06) və “İliçevets”də (2011/12) çalışıb. (klub saytı)