Abdulaye İnterə qayıda bilər
22 iyul 2014 16:55
Son mövsüm başa çatan kimi "İnter"lə yollarını ayıran fransalı müdafiəçi Brüs Abdulaye yerli "Orlean"la anlaşmışdı. Azerisport.az xəbər verir ki, 32 yaşlı futbolçunun bu kluba keçidində problem yaranıb.
Bu üzdən də Abdulayenin yenidən "İnter"ə qayıtması ehtimalı yaranıb. Hazırda o, Azərbaycana viza almaq üçün çalışır. Buna nail olan kimi ölkəmizə gələcək müdafiəçi paytaxt klubu ilə yeni müqavilə üçün danışıqlar stolu arxasına əyləşəcək.
Xatırladaq ki, Abdulaye iki mövsümdü "İnter"in şərəfini qoruyurdu.