Qarabağın potensial rəqibi itki ilə üzləşdi
22 iyul 2014 18:45
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” - “Valletta” cütlüyünün qalibi ilə qarşılaşacaq “Zalsburq” klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Avstriya təmsilçisinin mərkəz müdafiəçisi Frants Şimer sıradan çıxıb.
Ölkə çempionatının son turundakı “Rapid” matçında zədələnən futbolçu ən az iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu da o deməkdi ki, 28 yaşlı futbolçu üçüncü təsnifat mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.