XL Gürcüstanda ilk matçını məğlub başa vurdu
22 iyul 2014 19:55
Gürcüstanda təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın əvəzediciləri dünən ilk yoxlama oyununa çıxıblar. Azerisport.az xəbər verir ki, rəqib Gürcüstanın yüksək divizionunu təmsil edən, ötən mövsümün nəticəsinə görə Avropa Liqasına vəsiqə qazanan "Sioni" (Bolnisi) olub.
Qarşılıqlı hücumlarla keçən maraqlı oyun meydan sahibllərinin minimal qələbəsi ilə başa çatıb - 1:0. (klub saytı)