İqor Mitreski Makedoniya klubunda vəzifə aldı
22 iyul 2014 11:35
"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreskinin karyerasını başa vurduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, makedoniyalı futbolçu artıq bundan sonra klub rəsmisi kimi fəaliyyət göstərəcək.
Belə ki, o, Makedoniyanın "Şkendiya"nın idman direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Mitreski "Neftçi"də çıxdığı 101 oyunda 1 qolla yadda qalıb.