Qarabağın oyununa 9000 bilet satılıb
22 iyul 2014 12:12
Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta" arasında keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki cavab oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda bu qarşılaşmaya 9000-dən çox bilet satılıb.
Qeyd edək ki, oyuna biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.
Bu komandalar arasındakı cavab matçı bu gün keçiriləcək və saat 21:30-da start götürəcək. İlk oyunda "Qarabağ" 1:0 hesabıyla qalib gəlib.