Qarabağ darmadağınla ÇL-in 3-cü təsnifat mərhələsində!
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm son ölkə çempionu "Qarabağ" təmsil edir.
Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sı idi. Təmsilçimiz səfərdə keçirilən ilk oyunda minimal hesablı qələbəyə sevinmişdi. Bu üzdən mərhələ adlamaq üçün komandamıza cavab görüşündə heç-heçə də bəs edirdi. Amma cütün taleyini qələbə ilə həll etmək şansı varkən, Ağdam klubu bunu dəyərləndirməyə borclu idi. Gözlənildiyi kimi, "Qarabağ" ev oyununda möhtəşəm qələbə qazanaraq, adını ÇL-in üçüncü təsnifat mərhələsinə yazdırdı. Hansı ki, bu mərhələdə təmsilçimizi Avstriya "Zalsburq"u ilə çətin sınaq gözləyir.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
22 iyul
Qarabağ - Valletta - 4:0 (1:0)
Qollar: Reynaldo, 15 (1:0), Çumbinyo, 48 (2:0), D.Dias, 57 (3:0), L.Corc, 80 (4:0).
Qırmızı vərəqə: C.Karuana, 19, R.Fenek, 84.
Sarı vərəqə: Ş.Bayada, 19, L.Dimek, 60, U.Fariya, 72, L.Corc, 72, R.Fenek, 81, R.Fenek, 84.
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo (17. V.Nadirov, 46), 11. Danilo Dias, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (7. Namiq Yusifov, 70), 24. Admir Teli (k), 25. Ansi Aqolli (3. Tərlan Quliyev, 81), 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
VALLETTA: 28. Nikki Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu (9. Rafael Kooh-Sona, 57), 18. Şon Bayada, 30. Abdelkarim Nafti (14. Hamid Alkamali, 85), 24. İan Zammit (11. Luk Montebello, 70), 36. Luk Dimek.
Ehtiyat oyunçular: 1. Yenez Sini, 11. Luk Montebello, 17. Siray Eddin Arab, 25. Adrian Zahra.
Baş məşqçi: Gilbert Acius.