Abdulbari Gözəl: Ağdamlılar istəsə, özləri üçün yeni klub yaratsınlar
23 iyul 2014 13:36
"Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın Ağdamda yox, Bakıda məskunlaşması, ev oyunlarını doğma diyarda keçirməməsinin səbəblərindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mütəmadi səfərlər komandanı çox yorur. Bu da futbolçuların meydanda tam güclə oynamasına imkan vermir. Ağdam Qarabağın bir hissəsidi, Azərbaycan ərasizidi. Əlbəttə, hərdən ora yollanırıq, yerli camaatla görüşürük. Amma bunu hər dəfə etmək çətindi. Mümkündü ki, tezliklə biz çempionluq kubokunu ağdamlılara təqdim edək".
O, həm də Ağdamda yeni klubun yaradılması ilə bağlı maraqlı açıqlama da verib: "Əgər ağdamlılar istəyirlərsə, özləri üçün yeni klub yaratsınlar. "Qarabağ" artıq daha böyük bir klubdu".