Dodo məşqə piyan gəldiyi üçün Qəbələdən uzaqlaşdırılıb
25 iyul 2014 20:30
"Qəbələ"nin aparıcı yarımmüdafiəçisi Dodonun əsas komandadan uzaqlaşıdırılıb əvəzedici heyətə göndərilməsinin səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanu braziliyalı futbolçunun alkoqoldan istifadə etdiyi üçün əsas komandadan kənarlaşdırıb.
Belə ki, Hollandiya toplanışı zamanı səhər məşqindən sonra futbolçulara axşam saat 20:00-dək istirahət verilib. Amma Dodo axşam məşqinə nəinki gec, həm də piyan gəlib. Nəticədə rumıniyalı mütəxəssis onu qeyri müəyyən müddətə əsas heyətdən uzaqlaşdırıb.