Arif Daşdəmirov: Biz əsas vaxtda qalib gəlməliydik
Bakı "İnter"inin futbolçusu Arif Daşdəmirov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının məğlubiyyətini (0:1, penaltilərlə - 3:4) belə şərh edib:
"Başa düşə bilmirəm ki, futbolçumuz sonuncu ümid foluna əl atmadığı halda, hakim onu niyə meydandan qovdu. Axı onun yanında başqa futbolçularımız da var idi. Özü də hakim bunu üçüncü dəqiqədə etdi. 120 dəqiqə ərzində azlıqda qalmaq çox çətindi. Buna baxmayaraq, biz dözdük və hətta əsas vaxtda qələbə qazanmağa borclu idik. Penaltilər seriyası həmişə olduğu kimi bizim xeyrimizə bitmədi".
Xatırladaq ki, bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyunda "İnter" "Elfsborq"dan güclü olmuşdu - 1:0.