Kaxaber Sxadadze istefa verdi
25 iyul 2014 00:12
Bakı "İnter"inin baş məşqçisi Kaxaber Sxadadze istefa verib. Azerisport.az xəbər verir ki, bu barədə gürcü mütəxəssis Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"u ilə cavab matçındakı məğlubiyyətdən (0:1, penaltilərlə 3:4) sonra özü açıqlama verib:
"Artıq əsəblərim korlanıb. Buna görə də getmək istəyirəm. Əgər istefamı qəbul etsələr, gedəcəm".