Zalsburq - Qarabağ: Cavab matçının da başlama vaxtı bəllidi
26 iyul 2014 13:00
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" Avstriya "Zalsburq"u ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu komandalar arasında baş tutacaq cavab qarşılaşmasının da vaxtı bəlli olub.
Belə ki, avqustun 6-da "Zalsburq" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq.
Bu komandalar arasındakı ilk görüş isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin matç yerli vaxtla 20:30-da start götürəcək.