Rail Məlikov: Dənizlispora baxışa gəlməmişəm
26 iyul 2014 13:20
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Rail Məlikov Türkiyənin "Dənizlispor" klubuna mümkün qayıdışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq "Dənizlispor"la birgə məşq edirəm. Buraya baxışa gəlmişəm. Dənizlidə məni kifayət qədər yaxşı tanıyırlar, baxışda olmağıma ehtiyac yoxdu. Hələ ki, müqavilə imzalamamışıq. Danışıqlar davam edir. Sabah bayramla əlaqədar vətənə qayıdacam. Mümkündü ki, başqa kluba da keçim".