Millimiz Latviyaya məğlub oldu
26 iyul 2014 20:30
Riqa şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması latviyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Yelqava şəhərindəki Zemqals Olimpiya Mərkəzinin stadionunda keçirilmiş qarşılaşma 2:0 hesabı ilə Latviya yığmasının xeyrinə başa çatıb. (AFFA)