Hafiz Məmmədovun klubu Liqa 1-ə buraxıldı
26 iyul 2014 21:30
Fransanın "Lans" klubu yeni mövsümdən Liqa 1-də mübarizə apracaq. Azerisport.az xəbər verir ki, ötən mövsümün nəticəsinə görə elitaya vəsiqə qazanan, lakin sonradan Liqa 1-ə buraxılmayan azərbaycanlı iş adamı, "Bakı"nın prezidenti Hafiz Məmmədovun klubu sevindirici xəbər alıb.
Belə ki, son qərara əsasən "Lans" yeni mövsümdə Liqa 2-də çıxış etməyəcək. DNCG klubun maliyyə zəmanəti ilə bağlı problemlərin olduğunu əsas gətirsə də, daha yüksək qurumlar fərqli qərar çıxarıblar və "Lans"ın elitada oynamasına qərar veriblər.
Maraq üçün bildirək ki, Hafiz Məmmədov ötən il səhmlərini aldığı bu kluba 20 milyon investisiya yatırmışdı. Bu il isə o, klubun büdcəsinə əlavə 18 milyon da pul yatırıb.