Salzsburqun baş məşqçisi hələ Qarabağ haqda düşünmür
26 iyul 2014 11:20
Avstriyanın "Zalsburq" klubu Bundesliqanın 2-ci turu çərçivəsində qarşılaşacağı "Viner Noyştadt"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibinin çalışdırıcısı Adolf Hütter bu qarşılaşma öncəsi hələ təmsilçimizi düşünmədiyini bildirib:
"Hazırda bütün fikrimiz ölkə çempionatının oyununa yönəlib. Mümkündü ki, oyunçulardan hansısa istirahət qazansın. Çünki bizi Bakıya uzun səyahət gözləyir".