Rail Məlikov Dənizlispora qayıda bilər
26 iyul 2014 11:40
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov Türkiyənin "Dənizlispor" klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, hazırda o, sözügedən komandanın düşərgəsində baxışdadı.
Baxışdan uğurlu keçəcəyi halda futbolçumuz "xoruzlar"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Rail son mövsümü "Qəbələ"də keçirib. Bölgə klubuna isə o, məhz "Dənizlispor"dan gəlmişdi.