Əfran İsmayılov XL ilə Sloveniyaya getməməsinin səbəbini açıqladı
28 iyul 2014 13:47
"Xəzər Lənkəran"ın yeni transferi Əfran İsmayılov komandanın Sloveniya toplanışında iştirak etməməsinə aydınlıq gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər şey qaydasındadı. Heç bir zədəm yoxdu. Məşqlərimi davam etdirirəm. "Xəzər Lənkəran" ilə Sloveniya toplanışına yollana bilmədim. Buna viza ilə bağlı problem səbəb oldu. Buna görə də fərdi məşq etməli oldum. Oğuz Çətin mənə fərdi məşq etmək üçün proqram tərtib edib. Belə alındı. Mənə elə gəlir ki, buna görə problem yaşamaram".