Əliyar Ağayev Avroliqa oyununa təyinat aldı
28 iyul 2014 16:00
Azərbaycanlı hakimlər briqadası Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununu idarə edəcəklər. Azerisport.az xəbər verir ki, FİFA referimiz Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlərimiz Qazaxıstanın "Şaxtyor" klubu ilə Xorvatiya "Hayduk"u arasındakı qarşılaşmaya təyinat alıblar.
Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim isə Anar Salmanov olacaq.
Qeyd edək ki, bu oyun iyulun 31-də Karaqandidə keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.