Bolqarıstan yığması ABŞ və Rusiya ilə oyunlardan Azərbaycana görə imtina etdi
28 iyul 2014 16:30
Futbol üzrə Bolqarıstan yığması ABŞ və Rusiya seçmələri ilə yoxlama oyunlarından imtina edib. Azerisport.az xəbər verir ki, bolqarların sentyabrın 4-də bu iki komandadan biri ilə sınaq matçı keçirməsi planlaşdırılırdı.
Lakin Bolqarıstan yığmasının baş məşqçisi Lyüboslav Penev və Futbol Federasiyasının rəhbərliyi bu oyunun keçirilməməsinə qərar veriblər. Buna səbəb bolqarların ondan az sonra AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə çətin oyuna çıxmasıdı. Millimizin rəqibi sınaq matçında hansısa zədə ilə üzləşməkdən qorxur.