Bakının iki futbolçusu Lansa gedir
28 iyul 2014 12:15
"Bakı"nın iki futbolçusu Fransanın "Lans" klubuna yollanacaq. Azerisport.az xəbər verir ki, söhbət Ülvi Süleymanovla Mahir Mədətovdan gedir.
Onlar avqustun 10-da "Lans"ın düşərgəsinə yola düşəcəklər.
"Bakı" rəhbərliyi onları komandada saxlamaqda maraqlıdı. Çünki maliyyə problemləri ilə üzləşən klub növbəti mövsümdə gənc futbolçulara şans vermək istəyir. Amma futbolçular özləri Fransaya getməkdə maraqlıdılar.