Zalsburq sabah Bakıda olacaq
28 iyul 2014 12:30
Avstriyanın "Zalsburq" klubu sabah Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, klubun futbolçu və məşqçi heyəti saat 12:00-da Azərbaycana yola düşəcək.
Axşam saat 23:00-da qonaq komandanın oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxması gözlənilir. Məşq saatyarım davam edəcək.
Qeyd edək ki, "Zalsburq"un "Qarabağ"la ilk oyunu iyulun 30-da keçiriləcək.