Kamran Ağayev ciddi zədə ilə üzləşdi
28 iyul 2014 00:12
Hollandiyadakı təlim-məşq toplanışını yekunlaşdıran “Qəbələ”də şok itki yaşanıb. Azerisport.az xəbər verir ki, millimizin və “qırmızı-qaralar”ın əsas qapıçısı Kamran Ağayev ciddi zədələnib.
Klubdan aldığımız məlumata görə, təcrübəli əlcək sahibi məşqdə topa hərəkət edən zaman zədə alıb. Ağayevin dizindən aldığı zədə onu bir müddət yaşıl meydanlardan uzaq qalmağa məcbur edəcək. Futbolçu ilə bağlı dəqiq proqnoz bu gün veriləcək. Kamran Ağayev Bakıda müayinədən keçəcək.
İlkin ehtimallara görə, Kamranın 3-4 ay yaşıl meydanlardan kənarda qala bilər. Bu isə onun AÇ-2016-nın startını buraxması deməkdi.