"Zalsburqdan qorxmuruq"
29 iyul 2014 01:25
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu İlqar Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zalsburq"un gücünə yaxşı bələdik. Onlara qarşı çox ciddi hazırlaşırıq. Bu komandaya qarşı oyunlarımız "Valletta" ilə görüşlərdən tamamilə fərqlənəcək. Amma biz onlardan qorxmuruq".