Soso Pruidze: Hədəfimiz Bakıdakı oyunda üstünük əldə etməkdi
Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Soso Pruidze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Neftçi" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi yerli mətbuata müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Azərbaycana nə vaxt gedəcəksiz?
- Sabah səhər yola düşəcəyik. Stadionun yanındakı oteldə qalacağıq.
- Zədəli futbolçunuz var?
- Qiqa Beçvaya böyük ehtimalla oynamayacaq. Həmçinin, David Odikadzenin də kiçik zədəsi var.
- "Neftçi"nin Sloveniya "Koper"i ilə oyunlarından nə nəticə çıxarmısız?
- "Neftçi" yaxşı komandadı. Bunu hələ onlara qarşı keçirdiyimiz iki yoxlama oyununda anlamışdıq. Amma həmin görüşlər rəsmi oyun deyildi. Əminəm ki, bakılılar həmin oyunlarda öz potensiallarını tam şəkildə ortaya qoymamışdılar.
- Hər halda "Neftçi" ilə oyunlar "Bursaspor"a qarşı görüşlərdən fərqli olacaq...
- Əlbəttə. Amma mən "Neftçi"nin imkanlarını aşağı qiymətləndirməzdim. "Koper"lə ilk oyunda bəxtəli gətirməyib. Sloveniya klubu Bakıda iki qol vəziyyəti yaradıb, onları da maksimum dəyərləndirib. Amma Sloveniyada onlar yüksək səviyyədə çıxış etdilər. Düzdü, rəqib azlıqda da qalıb. Amma həmin vaxta kimi komanda 1:0 öndə idi. Bizim əsas hədəfimiz ilk oyunda üstünlük əldə etməkdi.
- Komandanızın şansı barədə nə deyə bilərsiz?
- "Neftçi" "Bursaspor" deyil. Amma onların yaxşı oyunçuları, yaxşı büdcələri var. Amma "Bursaspor"la oyunlardakı zəfərlə göstərdik ki, biz istənilən rəqiblə mübarizə apara bilərik.