Neftçi və Çixura üçün rumın
29 iyul 2014 11:22
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasındakı ilk oyunu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı rumıniyalı Kristian Balay idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun Bakıda "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.