Ristoviç: Yeni mövsümü Bakıda keçirəcəm
29 iyul 2014 00:23
"Bakı"nın serbiyalı yarımmüdafiəçisi Risto Ristoviç növbəti mövsümdə də bu komandanın şərəfini qoruyacaq. Bu barədə azerisport.az saytına açıqlamasında futbolçunun özü məlumat verib:
"Şahdağ"a qarşı əla yoxlama oyunu keçirdik. Yoxlama oyunu olsa da, qələbə qazanmaq istəyirdik. "Bakı"dakı taleyimə gəlincə, artıq növbəti mövsümdə də bu komandada qalmağa qərar vermişəm. Baxmayaraq ki, hələ də maaşımı ala bilməmişəm. Söz veriblər. Gözləyirəm. İstənilən halda növbəti mövsümü bu klubda keçirəcəm".