Xutsişvili: Çixura Neftçi səddini keçsə, sensasiya sayılmayacaq
29 iyul 2014 00:17
AZAL-ın sabiq futbolçusu, hazırda Gürcüstanın "Zestafoni" klubunun idman direktoru kimi çalışan Mixail Xutsişvili ölkəsini Avropa Liqasında təmsil edən "Çixura"nın üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi oyunlardakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çixura" Türkiyə "Bursaspor"unu sensasiyalı şəkildə keçdi. Heç kim bunu gözləmirdi. Qarşıda "Neftçi" ilə oyunlar var. Şanslar bərabərdi. Klubumuza inanıram. "Çixura" ilk növbədə komanda oyununa görə güclüdü. Əgər "Bursaspor"un ardınca "Neftçi" səddi də keçilsə, bu, sensasiya olmayacaq".