Zalsburqda 4 ciddi itki
29 iyul 2014 13:00
Avstriya “Zalsburq”u Azərbaycan çempionu “Qarabağ”la Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçı öncəsi ciddi itkilərlə üzləşib. Azerisport.az xəbər verir ki, “buğalar” aparıcı üzvlərindən Ayzek Vorsa, Rodney və Frants Şimer Bakıya gətirilməyəcək. Bundan əlavə yarımmüdafiəçi Stefan İlsanker də son turda zədə aldığından Bakıdakı oyunu buraxmalı olacaq.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov aına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Zalsburq” matçı saat 20:30-da start götürəcək.