İnterin sabiq futbolçusu Kiyevdə vəfat etdi
1 avqust 2014 13:30
Bu gün tanınmış futbolçu və məşqçi Valentin Belkeviç 42 yaşında dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, bu barədə Kiyev "Dinamo"sunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Belkeviç vaxtilə Azərbaycanda da çıxış edib. O, 2008/09 mövsümündə "İnter"in heyətində top qovmuşdu.