Bakıda İmedi telekanalının iki əməkdaşı həbs olunub
1 avqust 2014 14:55
Ötən gecə keçirilmiş Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsindəki "Neftçi" - "Çixura" matçından sonra Gürcüstanın "İmedi" telekanalının iki əməkdaşı da həbs olunub. Azerisport.az xəbər verir ki, reportyor Sandro Qoçaşvili və operator Georgi Çxelişvili bəyan ediblər ki, onların həbsinə səbəb iki komandanın azarkeşləri arasında düşən davanı lentə almaları olub.
Təhlükəsizlik xidmətinin işçiləri onlardan çəkdiklərini silməyi tələb ediblər. Onlar yalnız bundan sonra azadlığa buraxılıblar.