Zaur Axundov: Neftçinin vitse-prezidenti olmayacağam
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov "Neftçi"nin vitse-prezidenti olacağı barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin vitse-prezidenti olacağım barədə ötən il də xəbərlər çıxmışdı. Amma mən bu posta gəlməyəcəm. Mən komandanın ev və səfər oyunlarına yalnız klub prezidenti Sadıq Sadıqovla yaxşı münasibətim olduğuna görə gedirəm. "Neftçi"də hansısa vəzifəni tutmaq üçün heç bir söhbətimiz olmayıb. Beş ildən çoxdu ki, Futzal Federasiyasının prezidentiyəm və işimdən tam razıyam. Yaxın gələcəkdə işimi dəyişməyə hazırlaşmıram. Vaxtım olsa, "Neftçi"nin "Çixura" ilə səfər oyununa da gedəcəm. Ümid edirəm ki, növbəti mərhələyə komandamız vəsiqə qazanacaq. İlk oyunda "Çixura"nın bəxti gətirdi. Komandamız 3-4 qol vura bilərdik. Tiflisdə daha çətin olacaq. Amma rəqib keçiləsi komandadı".