Sadıq Sadıqov: Neftçinin qarşısına Çixuranı səfərdə məğlub etmək tapşırığı qoyulub
"Neftçi"nin prezidenti Sadıq Sadıqov bəyan edib ki, komandasının qarşısına Avropa Liqasının pley-off mərhələsinə çıxmaq hədəfini qoyub. Azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Heç kim Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluğa kölgə sala bilməz. "Neftçi" və "Çixura" klubları arasında da gözəl münasibət var. Biz onlar bura gələn ilk gündən sonadək hörmət göstərdik. Aeroportdakı problemlərini həll etdik, indi də nümayəndələrimiz qonaqlarımıza Bakını göstərir. "Çixura" ciddi rəqibdi. Təsadüfi deyil ki, "Bursaspor" kimi komandanı mübarizədən kənarlaşdırıblar. Amma bu komanda büdcəsinə görə bizim klubdan geri qalır, legionerləri yoxdu. Oyundan öncə rəqibin futbolçuları, baş məşqçisi komandamızın gücündən danışırdı. Bütün bunları nəzərə alaraq, komandanın qarşısında tapşırıq qoymuşam ki, "Koper"i səfərdə məğlub etdikləri kimi, "Çixura" səddini də keçsinlər. Stadiondakı üç qonaq azarkeşin təxribatına gəlincə, bu, iki xalq arasındakı münasibətləri korlaya bilməz. Klub rəsmiləri, məşqçilər buna görə üzr istədilər. Ona görə də bu məsələ bağlanmış sayıla bilər".