Xaqani Məmmədov Əliyar Ağayevi müdafiə etdi
1 avqust 2014 17:00
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azərbaycanlı FİFA referisi Əliyar Ağayevin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki "Şaxtyor" (Qazaxıstan) - "Hayduk" (Xorvatiya) matçındakı idarəçiliyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əliyar bu oyunu çox yaxşı idarə edib. Oyunun epizodlarına baxdım. "Şaxtyor"un baş məşqçisi Viktor Kumıkovun ədalətsiz hesab etdiyi penaltini də izlədim. Orada penalti var idi. Kumıkovun sözlərinə gəlincə, onlar hələ Avropaya, Avropa futboluna çatmayıblar. Onların yeri Asiyadı, hədər yerə Avropaya keçiblər".