Sumqayıt Qarabağadək daha bir oyun keçirəcək
1 avqust 2014 19:35
Türkiyə toplanışını başa vurub vətənə qayıdan "Sumqayıt" Futbol Klubu Sumqayıtda hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, komanda gündə bir dəfə olmaqla məşqlərə başlayıb.
Avqustun 10-da 2014/15 mövsümünün ilk oyununda "Qarabağ"la qarşılaşacaq Aqil Məmmədovun komandası sabah "Ağsu" ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıtda keçiriləcək. (klub saytı)