Şaxtyorun baş məşçqisi Əliyar Ağayevi yıxıb-sürüdü
Qazaxıstanın "Şaxtyor" klubunun baş məşqçisi Viktor Kumıkov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Xorvatiya "Hayduk"una qarşı keçirdikləri ilk oyunu (4:2) idarə edən azərbaycanlı baş hakim Əliyar Ağayevi tənqid edib. Azerisport.az xəbər verir ki, o, "Şaxtyor"un qapısına bir penalti təyin edən, 5 futbolçusuna isə sarı vərəqə göstərən referi ilə bağlı bunları söyləyib:
"Biz yaxşı komandaya qarşı oynadıq. Fikrimcə, oyunun ən ədalətli nəticəsi 4:1 idi. Amma təəssüf ki, azərbaycanlı hakimin olmayan penaltini təyin etməklə hesabın 4:2 olmasına şərait yaratdı. Bu da bizim cavab oyununa daha rahat yollanmağımıza imkan vermir. Fərdi səhvləri nəzərə almasaq, hər şeyi istənilən səviyyədə etdik. Amma mən bütün ömrüm boyu belə iyrənc hakimlik görməmişdim. Qoy bunu Azərbaycanda da bilsinlər".