Sumqayıt fırtınası və ya XL olduğu kimi
Həftəsonu Topaz Premyer Liqasında 2014/15 mövsümünün 2-ci turunun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, turun 2 oyunu Bakıda, 3-ü paytaxtdan kənarda baş tutdu.
Turun mərkəzi oyunu ötən mövsümün iki ən yaxşısı – çempion və gümüş mükafatçı arasında oldu. Eyni zamanda turun açılış oyunu olan qarşılaşmada “Qarabağ” “İnter”i qəbul etdi. Amma görüş ənənəvi olaraq, Tofiq Bəhramov adına Respublika stadionunda yox, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirildi. Çünki Ağdam klubu və mərkəzi arena rəhbərliyi bu stadionun qazonunu Avropa Liqasının pley-off oyunu çərçivəsində keçiriləcək vacib qarşılaşma üçün qorumağa qərar vermişdi.
Çempionla gümüş mükafatçı yubiley - 40-cı oyuna çıxmışdı. Əvvəlki görüşlərdə Ağdam təmsilçisi böyük üstünlüyə malik idi. Son iki matçda böyük hesabla qalib gələn “Qarabağ” ötən mövsümün son 4 oyununda da rəqibinə xal verməmişdi. 4 il idi qalib gələ bilməyən “İnter” son 15 matçda rəqibindən 3 xal ala bilməmişdi. Bu dəfə də sindrom davam etdi. Düzdü, Ağdam klubu qalib gələ bilmədi. Amma görüşün qolsuz başa çatması "bankirlər"in bu rəqibi üzərində qələbə hərsətinin uzanması ilə nəticələndi. "Qarabağ" bu görüşdə favorit olsa da, baş məşqçi Qurban Qurbanovun Avroliqaya görə bəzi aparıcı futbolçuları qoruyacağına dair proqnozlar özünü doğrultdu. Elə qarşılaşmadan sonra da o, əsas fikirlərinin Avroliqada olduğunu etiraf etdi.
Hər halda bu heç-heçə sayəsində son çempion yeni mövsümdə ilk xalını qazandı. Çünki ilk turda "Sumqayıt" üzərindəki qələbəsi silinən Ağdam klubu limiti pozduğu üçün texniki məğlubiyyətlə üzləşmişdi. Mövsümə "Qəbələ" üzərindəki 4:0 hesablı möhtəşəm qələbə ilə başlayan Kaxaber Sxadadzenin komandası isə növbəti xal sayəsində xal ehtiyatını dördə çatdırdı.
Avroliqadakı çıxışını davam etdirən digər təmsilçimiz “Neftçi” bu tur “Bakı” ilə üz-üzə gəldi. Məlum səbəblərdən bu paytaxt derbisində əvvəlki ajiotaj yox idi. Çünki bu yay çox ciddi maliyyə problemləri ilə üzləşən "zolaqlılar" demək olar ki, bütün aparıcı futbolçularını itirmişdi və kubokun qalibi ilə oyuna da öz akademiyasının gənc və yeniyetmə yetirmələri ilə çıxmışdı. Bu üzdən "ağ-qaralar"ın derbidə asan qələbə qazanmaq ehtimalı yüksək qiymətləndirilirdi. Böyükağa Hacıyevin komandasının ilk turda "Araz Naxçıvan"a 0:3 hesablı məğlubiyyəti də belə bir qələbənin vacibliyini labüd edirdi. Gözlənildiyi kimi, meydan sahibləri istəyinə çatdı. Qonaqların döyüşkənliyi isə minimal hesablı məğlubiyyətdən yaxa qurtarmaq üçün yetərli olmadı. Beləcə, ilk turda oynamayan "Bakı"nın əksər futbolçuları, eləcə də baş məşqçi İbrahim Uzunca üçün debüt xarakteri daşıyan oyun uğursuzluqla nəticələndi.
Mövsümə AZAL-la səfər heç-heçəsiylə start verən “Xəzər Lənkəran” bu tur doğma meydanda “Sumqayıt”ı qəbul etdi. Oğuz Çətinin komandası yeni mövsümdəki ilk ev oyununda qələbə siftəsini rəsmiləşdirmək arzusundaydı. "Qarabağ"la oyundakı məlum hadisəyə görə hazır 3 xala sahib çıxan "Sumqayıt"ın bu oyunda da şansı yüksək qiymətləndirilmirdi. Amma ötən mövsüm bir sıra sürpriz nəticələrə imza atmış Aqil Məmmədovun yetirmələrinin futbol ictimaiyyətini növbəti dəfə təəccübləndirməsi də istisna deyildi. Hansı ki, elə sonuncu versiya bu dəfə də özünü doğrultdu.
Lənkəran təmsilçisi əvvəlki 10 oyunun yarısında qələbə qazanmışdı. Böyük üstünlüyə malik cənublular son 3 matçda xal itirməmişdisə, daha dörd görüşdə heç-heçə qeydə alınmışdı. Sumqayıtlılar isə yalnız bir dəfə 3 xalı bayram etmişdilər. Amma bu oyunda Orxan Sadıqlının elə ilk yarıda meydandan qovularaq penaltiyə səbəb olması "ağ-yaşıllar" üçün böyük zərbə oldu. Məhz bu penaltini qola çevirən "Sumqayıt" sonadək üstünlüyünü qoruyaraq, bu turun ən böyük sensasiyasını gerçəkləşdirdi. Son illər uğursuz zolaqdan çıxa bilməyən "ağ-yaşıllar" isə bu mövsümə də arzuolunan səviyyədə start verməyiblər.
Bazar günü öncə "Simurq"la AZAL üz-üzə gəldi. İlk turda məlum səbəblərdən "Bakı" ilə oyunu baş tutmayan Zaqatala klubu yeni mövsümdə siftə etdi. Georgi Çixradzenin komandası doğma meydan amilindən maksimum yararlanıb, qələbə qazanmaq arzusundaydı. Amma mövsümün açılış turunda "Xəzər Lənkəran"dan xal almış AZAL-ın asan təslim olacağı gözlənilmirdi. Tərlan Əhmədovun komandası çətin səfərdən ən azı 1 xalla dönmək iddiasındaydı. Baxmayaraq ki, bu komandalar arasındakı əvvəlki oyunların son 3-də AZAL qol vura bilməmişdi. Bakılılar ardıcıl 7 görüş idi qələbə də qazana bilmirdilər. Lakin ümumi balansda üstünlük onların tərəfindəydi - 8 qələbə. "Simurq" isə 5 dəfə 3 xal qazanmışdı. Daha 9 qarşılaşmada tərəflər meydanı sülhlə tərk etmişdilər. Bu oyunda isə qələbə "Simurq"a qismət oldu. İki erkən qol vuran bölgə klubu bu üstünlüyünü sonadək qorudu və mövsümə qələbə ilə başladı.
Nəhayət, turun qapanış matçında "Qəbələ” doğma divarlar arasında “Araz Naxçıvan”la qarşılaşdı. Bu komandalar tarixləri ərzində ilk dəfə üz-üzə gəlirdilər. İlk turda "İnter"ə səfər oyununda 4 cavabsız qolla uduzan Dorinel Muntyanunun komandası bu görüşdə həmin acı məğlubiyyəti unutdurmaq istəyirdi. Baxmayaraq ki, rəqib daha çox müdafiə futboluna üstünlük verməsi ilə tanınan Əsgər Abdullayevli "Araz Naxçıvan" idi. Naxçıvanlılar ilk turda "Neftçi" üzərindəki möhtəşəm qələbədən ruhlanıb növbəti sensasiyasına imza atmaq ümidindəydi. Qonaq komandanın ən azı bir xal üçün mübarizə aparacağı şübhə doğurmurdu. Amma meydan sahiblərinin vurduğu erkən qol naxçıvanlıların planlarını pozdu. Sonadək bu üstünlüyünü qoruyan "Qəbələ" Muntyanu ilə ilk qələbəsinə sevindi.
Topaz Premyer Liqası
2-ci tur
Qarabağ - İnter - 0:0
Sarı vərəqələr: Leroy Corc, 37 (qeyri-idman hərəkəti); Namiq Yusifov, 54 (qeyri-idman hərəkəti) - Derlis Meza Kolli, 86 (qeyri-idman hərəkəti); Dieqo Madriqal, 90+4 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
16 avqust 2014. Saat 18:00. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1500 tamaşaçı.
Qarabağ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 11. Danilo Dias, 20. Riçard Almeyda (2. Qara Qarayev, 76), 24. Admir Teli, 33. Şəhriyar Əliyev (14. Rəşad Sadıqov, 59), 41. Leroy Corc (70. Çumbinyo, 57), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev (24. Fuad Bayramov, 86), 8. Mikel Alvaro, 11. Asif Məmmədov (k) (80. Nizami Hacıyev, 63), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 71), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 33. Matiya Spiçiç, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi - Bakı - 1:0
Qol: Julius Vobay, 22.
Sarı vərəqələr: Elvin Bədəlov, 89 (sistematik qayda pozuntusu) - Elvin Əliyev, 15 (qeyri-idman hərəkəti); Nuran Qurbanov, 77 (qeyri-idman hərəkəti); Nurlan Novruzov, 81 (sistematik qayda pozuntusu); Yure Travner, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 avqust 2014. Saat 19:00. Bakı. Bakcell Arena. 700 tamaşaçı.
Neftçi: 1. Emil Balayev, 3. Denis Silva, 7. Araz Abdullayev (21. Samir Məsimov, 62), 9. Flavinyo (k) (18. Kaue da Silva, 75), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi (2. Karlos Kardoso, 64), 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Nicat Qurbanov, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 10. Nurlan Novruzov (17. Elmin Əsgərli, 82), 11. Tural Qürbətov, 14. Elvin Əliyev (21. Elşad Manafov, 25), 19. Elton Hüseynov, 22. Risto Ristoviç, 37. Mikayıl Rəhimov (18. Əziz Quliyev, 82).
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 15. Azad Kərimov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Xəzər Lənkəran - Sumqayıt - 0:1
Qol: Məhəmməd Qurbanov, 38-pen.
Sarı vərəqələr: Vanderson Skarduelli, 30 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 72 (qeyri-idman hərəkəti) - Orxan Əliyev, 17 (qeyri-idman hərəkəti); Tagim Novruzov, 54 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 78 (qeyri-idman hərəkəti); Təvəkkül Məmmədov, 81 (fitdən sonra topa zərbə); Şahruddin Məhəmmədəliyev, 90+1 (bilərəkdən vaxtı uzatdığına görə).
Qırmızı vərəqə: Orxan Sadıqlı, 38 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
16 avqust 2014. Saat 20:00. Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu. 8500 tamaşaçı.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov (7. Etame Mbilla, 46), 10. Elnur Abdullayev (55. Ağabala Ramazanov, 63), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko, 99. Dejan Blajevski (25. Tərlan Qasımzadə, 38).
Ehtiyat oyunçular: 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov.
Baş məşqçi: Oğuz Çətin.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 6. Tagim Novruzov (18. Aleksandr Çertoqanov, 60), 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (11. Kiyan Sultanpur, 64), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov (23. Şəhriyar Xəlilov, 90), 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Ceyhun Cavadov, 22. Tofiq Mikayılov.
Baş məşqçi: Aqil Məmmədov.
Simurq - AZAL - 2:0
Qollar: Rəşad Eyyubov, 4, Tural Nərimanov, 15-öz qapısına.
Sarı vərəqə: Draqan Çeran, 66 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
17 avqust 2014. Saat 19:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (13. Əli Gökdəmir, 79), 10. Rəşad Eyyubov (21. Murad Səttarlı, 70), 11. Draqan Çeran, 15. Stepan Polyak (88. Marko Stanoyeviç, 73), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 10. Tomi Kostadinov (6. Eduardo Makiel, 72), 11. Con Kordoba, 12. Luis Ramos (17. Viktor İqbekoyi, 84), 15. Oskar Klava, 22. Eltun Yaqublu, 23. Tural Nərimanov (18. Orxan Lalayev, 76), 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 49. Taleh Əsədov, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ - Araz Naxçıvan - 1:0
Qol: Cavid Hüseynov, 19-pen.
Sarı vərəqələr: Yazalde Pinto, 55 (simulyasiya); Adrian Ropotan, 58 (qeyri-idman hərəkəti) - Ramal Hüseynov, 26 (qeyri-idman hərəkəti); Ruslan Zubkov, 36 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
17 avqust 2014. Saat 20:00. Qəbələ şəhər stadionu.
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal, 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (4. Elvin Camalov, 83), 21. Yazalde Pinto (9. Viktor Mendi, 73), 25. Adrian Ropotan, 26. Pavol Farkas, 34. Ürfan Abbasov, 90. Ekiqo Ehiosun (11. Andrey Kristya, 78).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 16. Ruslan Tağızadə, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov (10. Eşqin Quliyev, 22), 7. Ramal Hüseynov (11. Vüqar Əsgərov, 78), 8. Elmin Çobanov, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov (9. Qərib İbrahimov, 58), 20. Ruslan Zubkov, 21. David Janelidze, 24. Azər Məmmədov, 25. Aleksandr Krustkeviç.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 3. Əlimirzə Daşzərini, 14. Elhad Nəziri.
Baş məşqçi: Əsgər Abdullayev.
1. Sumqayıt |
2 |
2 |
0 |
0 |
4-0 |
6 |
2. İnter |
2 |
1 |
1 |
0 |
4-0 |
4 |
3. Araz N |
2 |
1 |
0 |
1 |
3-1 |
3 |
4. Simurq |
1 |
1 |
0 |
0 |
2-0 |
3 |
5. Neftçi |
2 |
1 |
0 |
1 |
1-3 |
3 |
6. Qəbələ |
2 |
1 |
0 |
1 |
1-4 |
3 |
7. Xəzər L |
2 |
0 |
1 |
1 |
1-2 |
1 |
8. AZAL |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |
9. Qarabağ |
2 |
0 |
1 |
1 |
0-3 |
1 |
10. Bakı |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
Bombardir:
2 - Mikel Alvaro (İnter), David Janelidze (Araz Naxçıvan).