Neftçi Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi
21 avqust 2014 00:35
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Partizan”la qarşılaşacaq “Neftçi”nin üzvləri ötən gün Belqradın “Taş meydanı” adlanan ərazisindəki parkda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Azerisport.az xəbər verir ki, klub rəsmiləri, məşqçilər, futbolçular və onlarla birlikdə olan Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, “Partizan” - “Neftçi” oyunu Bakı vaxtı ilə bu gün saat 23:15-də başlayacaq. (klub saytı)